Bakıda polis rəisinin avtomobili qəzaya düşdü
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Chevrolet aveo” markalı avtomobil “Toyota Land Cruiser” markalı avtomobillə qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Qeyd edək ki, “Toyota Land Cruiser” markalı avtomobil Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi Vüsal Qaraşovun xidməti avtomobilidir. Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü isə hadisə yerində xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.
AzVision.az