Tapdığı mərmini kəsdi: Partlayışdan öldü
Belə ki, avqustun 12-də saat 13 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib. Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və orada ölüb.
Həyətdə olan “Tavriya” markalı avtomobil isə yanıb. Faktla bağlı araşdırma aparılır.
AzVision.az