Su anbarında batan şəxs xilas edildi

Su anbarında batan şəxs xilas edildi
  13 Avqust 2016    Oxunub:1314
Mingəçevir Su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir Su anbarında bir nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 13:40-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti