Tərtərdə toy yasa döndü - Ölən və yaralılar var
Maşın karvanında hərəkət edən 99BK 744 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın qarşıdan gələn 90 AN 513 nömrə nişanlı “Niva” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində “Mercedes” markalı maşın yol kənarında ki yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.
Ağdam MRX-dan APA-ya verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G. Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.
Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.
AzVision.az