Nazirliyin yataqxanası yandı - FOTO (Yenilənib)

Nazirliyin yataqxanası yandı - FOTO (Yenilənib)
  14 Avqust 2016    Oxunub:3465
Fövqəladə Hallar Nazirliyi günorta saatlarında Bakının Yasamal rayonu ərazisində baş verən yanğın barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, yanğın Təhsil Nazirliyinə məxsus yataqxana binasında baş verib.

Nəticədə yataqxananın dəhlizinə yığılmış taxta tullantıları 15 m² sahədə və eyvana yığılmış taxta tullantıları 4 m² sahədə yanıb. Yanğından yataqxana binasının digər otaqlar mühafizə olunub.

Yanğın saat 14:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı Dövlət Universitetinin tələbə yataqxanasında yanğın başlayıb.


AzVision.az Report-a istinadən xəbər verir ki, yanğın hazırda davam edir.

Alov binanın 4 və 5-ci mərtəbələrini əhatə edib. Yanğının yataqxananın dəqiq hansı korpusunda baş verdiyi isə hələlik məlum deyil.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub.



AzVision.az


Teqlər:  





Xəbər lenti