Bakıda mənzildə cəsəd aşkarlanıb

Bakıda mənzildə cəsəd aşkarlanıb
  14 Avqust 2016    Oxunub:1658
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1969-cu il təvəllüdlü Orişin Oleq Nikolayeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:58-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti