Ağcabədidə 3 otaqlı ev yanıb

Ağcabədidə 3 otaqlı ev yanıb
  15 Avqust 2016    Oxunub:1217
Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 83 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə və həyətyanı sahədə 10 m² sahədə taxta tullantıları yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti