Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsinin döşəməsinin altındakı gizli saxlanc yerlərindən xeyli miqdarda narkotik vasitə - ümumi çəkisi 141 kiloqram 156 qram olan heroin aşkar olunub.
Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan transit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.
AzVision.az