Xızıda ağır qəza: Ər və arvadı öldü

Xızıda ağır qəza: Ər və arvadı öldü
  15 Avqust 2016    Oxunub:1852
Xızı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də saat 18 radələrində Xızı şəhərində Sumqayıt şəhər sakini Aysel Əliyevanın idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Cavid Əmirxanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə A.Əliyeva hadisə yerində, sərnişini - həyat yoldaşı Elşən Əliyev isə xəstəxanada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti