Azərbaycanda futbolçu məşq zamanı öldü - Yenilənib (Video)
Klubun birinci liqaya hazırlıq məşqləri zamanı anidən dünyasını dəyişən futbolçunun sağlamlığında heç bir problemin olmadığı deyilir.
Hələlik fakt yalnız futbolçular tərəfindən təsdiqlənib.
***
Klubun baş məşqçisi Şaban Şirdanov bildirib ki, futbolçunun ölümünə ürəyində trombun qırılması səbəb olub:
"Dəhşətli hadisədir. Güclü futbolçu idi. Yaxın dostumuz idi. Adi məşq edirdi. Hətta 5 dəqiqə əvvəl su fasiləsi vermişdik. Hər şey qaydasında idi. Toqquşma olmadı. Birdən-birə ayaqları bir-birinə ilişib yıxıldı. Həkimlərin rəyinə görə, ölümə səbəb trombdur".
AzVision.az