Daşkəsəndə qanlı olay: Arvadını və qayınatasını bıçaqladı

Onlar dərhal əməliyyat edilib. Məlumata görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb. Mübariz adlı şəxs ailə münaqişəsi zəminində qayınatası İ. Teyyubəliyev və həyat yoldaşı M. Kərimovanı bıçaqlayıb. Hadisədən sonra özünə də müxtəlif dərəcəli xəsarətlər yetirən Mübariz adlı kürəkən Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)
AzVision.az
Teqlər: