Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  16 Avqust 2016    Oxunub:1710
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, avqustun 16-da paytaxt və yarımadada arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti