25 yaşlı gənc özünü nar ağacından asdı

25 yaşlı gənc özünü nar ağacından asdı
  17 Avqust 2016    Oxunub:1941
Qax rayonunda 25 yaşlı gənc intihar edib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon mərkəzində baş verib.

Belə ki, rayonun Amanlı kənd sakini, 1991-ci il təvəllüdlü Şahin Yusif oğlu Məmmədli kirayə yaşadığı Qax şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 23 ünvanında özünü nar ağacından asıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti