Aeroport yolunda ağır yol qəzası

Aeroport yolunda ağır yol qəzası
  18 Avqust 2016    Oxunub:2256
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda “Mitsubishi” markalı minik avtomobili yolun kənarındakı dəmir yolayrıcı çəpərlərə çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyatı üzrə təhvil verib.

Əməliyyat saat 19:44-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti