Kürdə batan xilas edildi

Kürdə batan xilas edildi
  18 Avqust 2016    Oxunub:1291
Kür çayında batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas olunub.
AzVision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə, Şirvan şəhərində 2 nəfərin Kür çayında çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 17:20-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti