Lənkəranski dəfn olundu - Fotolar (Yenilənib)

Lənkəranski dəfn olundu - Fotolar (Yenilənib)
  19 Avqust 2016    Oxunub:14995
Türkiyədə qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) son mənzilə yola salınır.

AzVision.az-ın əməkdaşı xəbər verir ki, yas mərasimində iştirak etmək üçün ölkənin müxtəlif bölgələrindən Lənkərana axın var.

Rusiyada yaşayan azərbaycanlılar dəfndə iştirak etmək üçün Lənkərana gəliblər.

Ötən gün qətlə yetirilən avtoritet Rövşən Lənrəranski üçün cənazə namazı qılınıb. Cənazə namazından sonra Lənkəranskinin nəşi ata evinə aparılıb. Mərasimi aparan din xadimi bildirib ki, anası onunla təkbətək vidalaşmaq istəyib.

Məlumata görə, mərhum atasının məzarının yanında dəfn olunacaq.



***

Lənkəranskinin nəşi ailəsi ilə vidalaşdıqdan sonra dəfn olunması üçün qəbiristanlığa gətirilib. Yollara qərənfillər düzülüb. Mərhumun yaxınları cənazə aparılarkən şüarlar səsləndirilməsinə icazə verməyiblər.

***

Türkiyədə qətlə yetirilmiş Rövşən Lənkəranski (Canıyevin) doğulduğu Lənkəran şəhərində dəfn edilib.

R.Caniyev Kiçik Bazar qəbiristanlığında atasının yanında torpağa tapşırılıb. Dəfn mərasimində xeyli insan iştirak edib.

















Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti