Usta işlədiyi evin sahibəsini soydu

Usta işlədiyi evin sahibəsini soydu
  19 Avqust 2016    Oxunub:1614
Bakıda işlədiyi evin sahibəsini bıçaqla hədələyən şəxs tutulub.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Nəsimi rayonu ərazisində yaşayan Ulduz Rüstəmova 20-ci Polis Bölməsinə müraciət edərək avqustun 2-də evində usta işləmiş Akif adlı şəxsin onu bıçaqla hədələyib 270 manat pulunu, qızıl üzüyünü və 1 cüt qızıl sırğasını almasını bildirib.

Nəsimi rayonu RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akif Vəzirov tutulub. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti