Tanınmış QHT rəhbəri yol qəzasında həlak oldu

Tanınmış QHT rəhbəri yol qəzasında həlak oldu
  20 Avqust 2016    Oxunub:5738
Azərbaycanda QHT rəhbəri yol qəzasında dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının sədri, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri Nazir Quliyev Beyləqan rayonu ərazisində yol qəzasına düşüb. Onun idarə etdiyi avtomobil aşıb. Nəticədə Nazir Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Qəza zamanı avtomobildə onun həyat yoldaşı və övladı da olub. Onlar xəsarət almayıblar.

Qeyd edək ki, Nazir Quliyev 1975-ci ildə Beyləqan rayonunda anadan olub. Mərhum 2 azyaşlı uşaq atası idi.

Allah rəhmət eləsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti