Bu günün hava proqnozu
.jpg)
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif şərq küləklərinin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və gündüzlər isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət qızmar günəş altında olmaq məsləhət görülmür.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: