Polis qəza törətdi - Bir nəfər öldü (Video)

Polis qəza törətdi - Bir nəfər öldü (Video)
  20 Avqust 2016    Oxunub:3100
Ötən gecə Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
Kanal S (Region TV) xəbər verir ki, hadisə Mazıx-Qəbizdərə avtomobil yolunda qeydə alınıb. Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Sərt “VAZ 2108” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, avomobil aşaraq yol səviyəsindən 6-7 metr aşağıda fəaliyyət göstərən restaranın həyətinə düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Zaqatala şəhər sakini 1970-ci il təvəllüdlü Musayev Nemət Hizbullah oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti yüngül olduğundan tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, qəza törədən Tural Sərt Zaqatala rayon Polis Şöbəsinin post patrul xidmətinində çalışır. Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti