Narkotik vasitə becərən şəxslər saxlanılıb
Bundan əlavə, Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərq qəsəbəsi ərazisində qəsəbə sakinləri Azad Azadov və Füzuli Əliyev tərəfindən kultivasiya yolu ilə yetişdirilib, ümumi çəkisi 31 kiloqram olan 22 ədəd çətənə kolu və 4 kiloqram marixuana aşkar edilərək götürülüb.
Daha bir oxşar hal isə Lənkəranda qeydə alınıb. Lənkəran şəhər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkəncil kənd sakini Faiq Bayramova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu və çətənə toxumları aşkar edilərək götürülüb.
AzVision.az