9 otaqlı ev külə döndü, ailə küçədə qaldı - Video
Hadisə zamanı ümumi sahəsi 182 kvadratmetr olan 9 otaqlı və iki mərtəbəli fərdi yaşayış evi içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Yanğın barədə vaxtında məlumat verilmədiyi üçün ev tamamilə yanaraq külə dönüb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Ev sahibi Ə.Şirinov baş verənləri danışarkən göz yaşlarını saxlaya bilməyib: "Biz aşağıdakı evdə yatmışdıq, 2 nəvəm, bir də ikimiz. Gecə saat 4 radələrində gurultu səsi gəldi, şüşə sındı. Dedim ki, yəqin bərk külək əsir. Çıxdım bayıra, gördüm ki, yuxarı mərtəbədən alov qalxır. Nə girmək mümkündür, nə də söndürmək. Balalarımın cehizləri, qızılları - hamısı yanıb. Bir dənə çöp də çıxara bilmədik. Əynimdəki qonşunun paltarıdır".
AzVision.az