Ağdaşda yanğın olub

Ağdaşda yanğın olub
  22 Avqust 2016    Oxunub:1293
Ağdaş rayonu, Pirəzə kəndində vətəndaşa məxsus, ümumi sahəsi 60 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik-ümumi sahəsi 60 m2 olan talvar və talvarın altına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yanğın zamanı yaxınlıqdakı 2 baş iribuynuzlu (buzov) heyvan tüstüdən boğularaq tələf olub. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:15-də söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti