Aeroport yolunda qəza, 8 maşın toqquşub
Körpünün girişində “Mercedes” və “Mitsubishi” markalı avtomobillər, üstündə isə iki “Mercedes” markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç “Mercedes” və bir “Volkswagen” markalı avtomobillər bir-birinə çırpılıb.
Ölən və ya xəsarət alanlar barədə məlumat olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Yolda qısamüddətli tıxac yaranıb. Hazırda ərazidə araşdırma aparılır.
AzVision.az
Teqlər: