Ərinə sevgi mesajı yazanı bıçaqladı - Şəmkirdə ŞOK OLAY

Xəsarət alan şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat edilib. Həkimlər tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsini davam etdirən qadının vəziyyətini ağır qiymətləndirirlər.
Gunel Mirzəyeva polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Qadın qohumu olan Məleykə Allahverənovanın həyat yoldaşı Ümidcan Həkimovun telefonuna yazdığı mesajı gördükdə əsəblərinə hakim çıxa bilməyib. Nəticədə Allahverənova ilə mübahisə yaranıb, sonda isə Günel qohumunu bıçaqlayıb. Faktla bağlı cinayət işi üzrə araşdırma aparılır.
AzVision.az
Teqlər: