Ağdam, Bərdə və Tərtərdə güclü qasırğa olub

Bu səbəbdən həmin rayonların bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Ağdam rayon Fövqəladə Hallar Komissiyasının sədri Zülfü Qasımov APA-ya açıqlamasında bildirib ki, hələlik Çəmənli və İmamqulubəyli kəndlərindən tikililərə zərər dəyməsi barədə məlumat daxil olub: “Yaşayış məntəqələrinin çoxunda elektrik enerjisinin verilməsi bərpa olub. 6 kənddə bərpa işləri aparılır. Qırılan ağaclar kənara daşınaraq, həm yolların açılmasını həm də elektrik naqillərinin bərpasını təmin edirik”.
AzVision.az