Ərəblərin öldüyü qəzanın görüntüləri yayıldı - VİDEO

Ərəblərin öldüyü qəzanın görüntüləri yayıldı - VİDEO
  30 Avqust 2016    Oxunub:12829
2 nəfər öldü, 16 nəfər yaralandı.
Sürücünün idarəetməni itirməsi nəticəsində 90 VX 672 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobus dərəyə aşıb.

AzVision.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllı Muğanlı yolunda olub.

Qəza nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələdən Bakıya qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:





Xəbər lenti