Sumqayıtda 3 otaqlı ev yanıb

Sumqayıtda 3 otaqlı ev yanıb
  30 Avqust 2016    Oxunub:1333
Bu gün Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 kv.m sahədə və dam örtüyü 9 kv.m (ümumi 21 kv.m) sahədə yanıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti