Sumqayıtda dəhşətli qəza: 4 nəfər öldü – FOTO (Yenilənib)
Yaralılar iki qardaş-Abşeron rayon Saray qəsəbəsi sakinləri Bayramov ElçinYusif oğlu Bayramov Əliyar Yusif oğludur.
Yol qəzasının nəticəsində 4 nəfər dünyasını dəyişib.
****
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, hadisə bu gün saat 22:20 radələrində Bakı-Quba-Rusiya avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.
“Volkswagen Passat” markali 99-DZ-632 dövlət nömrə nişanlı avtomobil 60-BS-663 dövlət nömrə nişanlı LADA 110 markalı avtomobil ilə toqquşub.
Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerinə üç təcili tibbi yardım briqadası gəlib.
Qəzaya “Passat” markalı avtomobilin Quba-dan Bakı istiqamətində hərəkət edən “LADA110” markalı avtomobilin yoluna çıxması səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az