Goranboyda yanğın olub

Goranboyda yanğın olub
  01 Sentyabr 2016    Oxunub:1210
Goranboy rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, rayonun Cinli Boluslu kəndində vətəndaşa məxsus ümumi sahəsi 102 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 52 m² sahədə və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti