Bulvarda intihara cəhd

Bulvarda intihara cəhd
  01 Sentyabr 2016    Oxunub:2056
Milli Parkın ərazisində intihar etmək istəyən şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədiylə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı çıxararaq aidiyyati üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti