Maşın iki piyadanı vurdu, biri öldü

Maşın iki piyadanı vurdu, biri öldü
  01 Sentyabr 2016    Oxunub:1851
Sumqayıtda sürücü iki qadını vurub, onlardan biri ölüb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhərində şəhər sakini Nazim Nağızadə idarə etdiyi “VAZ-21144” markalı avtomobillə yolu keçən həmyerliləri Elmira Dünyamalıyevanı və Samirə Şirinovanı vurub.

Hər iki piyada, habelə N.Nağızadənin 1 sərnişini xəstəxanaya yerləşdirilib, E.Dünyamalıyeva orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi araşdırma aparır.

AzVision.az


Teqlər:  





Xəbər lenti