DSX-nın ilk qadın pilotu qarpızdan ölməyib
Mərkəzdən bildirilib ki, qadının meyitinin müayinəsi zamanı qarpızdan baş verən zəhərlənmənin əlamətləri müşahidə edilməyib.
Ölümə səbəb olan ilkin rəyə əsasən, D.Babayevanın ölümünə pleeklamsiya xəstəliyi səbəb olub. Bu, hamilə qadınlarda rast gəlinən ağır ginekoloji xəstəlikdir.
Artıq ana ölümü faktı ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb və ölümün səbəbləri araşdırılır.
Qeyd edək ki, D.Babayeva zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil edilib və orada dünyasını dəyişib. D.Babayevanın DSX-nın ilk qadın pilotu olduğu bildirilir.
AzVision.az