Aygünün adı hallanan dəhşətli qətlin sirri: `Oğlumu diri-diri basdırıblar...` (FOTOLAR+VİDEO)

Aygünün adı hallanan dəhşətli qətlin sirri: `Oğlumu diri-diri basdırıblar...` (FOTOLAR+VİDEO)
  01 Sentyabr 2016    Oxunub:203120
Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylərin üç il əvvəl itkin düşmüş əmisi nəvəsi Elnur Hümmətovun bir neçə gün öncə meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, adı çəkilən şəxslər isə polis tərəfindən saxlanılıblar. Onlar ifadələrində E. Hümmətovu xüsusi amansızlıqla qətlə yetirdiklərini etiraf ediblər.

Artıq bir neçə gündür ki, bu dəhşətli cinayət hadisəsi ölkə mətbuatının gündəmin zəbt edib. Qətlin səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Aygün Bəylər qanlı cinayəti gizlətməkdə ittiham olunur. Müğənninin bu əməlinə görə, həbs ediləcəyi ehtimal edilir.



AzVision.az-ın əməkdaşları Elnur Hümmətovun ailəsinə baş çəkərək qətlin səbəblərini öyrənməyə çalışıb.

Səadət Hümmətova oğlunun öldürülməsi ilə bağlı gizli məqamları açıqlayıb: “Oğlumu görmək üçün morqa getdim. Onun skeletini görəndə dəhşətə gəldim. Elnuru üz sümükləri və mirvari kimi dişlərindən tanıdım. Ayaqlarının üstündə uzun tüklər vardı. Balamı vəhşicəsinə öldürüblər.Qatillər Elnuru Qala qəsəbəsində yerləşən bağlarına aparıb, orada əllərini-qollarını bağlayıblar. Bellə Elnurun başını dağıdıblar. Sonra dəsmalla boğub və sellofan torbaya büküblər. Daha sonra əllərini, ayaqlarını, ağzını yapışkan lentlə bağlayıblar. Oğlumu diri-diri basdırıblar. Oğlumu günahsız yerə öldürüblər. Allah onların cəzalarını verəcək. Buna inanıram”-deyə ana fəryad eləyib.



S.Hümmətova oğlunun qatillərinə ömürlük həbs cəzasının verilməsini istəyir: “Qatillər həmin bağda narkotik maddələr hazırlayıb, satırlarmış. Elnur bir dəfə bunu görüb, polisə xəbər verəcəyini deyib. Ona görə də oğlumun başına bu işi açıblar. Elnurun özü heç vaxt narkotik istifadə etməyib. İstəsələr sümüklərdən nümunə götürüb analiz edə bilərlər”.



O, Elnur Hümmətovun qətlinə mülk davasının səbəb ola biləcəyini istisna etməyib. S.Hümmətovanın sözlərinə görə, müğənni Aygün Bəylərin hadisəni törədən qardaşı və bacıları onların evlərini əllərindən almaq istəyib. Məhz bu səbəbdən Elnuru aradan götürmək istəyiblər.



“Oğlum ölümündən bir neçə ay əvvəl qohumlarımız tərəfindən vəhşicəsinə döyülmüşdü. Bunların hamısı mülk üstündə baş verib. Aygün Bəylərin qardaşı və bacıları evimiz əlimizdən almaq istəyirdi. Elnuru bəlkə də mülk davasına görə öldürüblər. Hər şey ola bilər. Elnur tez-tez yuxuma girirdi. Deyirdi ki, ana, məni buradan xilas elə. Yuxum hər dəfə təkrarlanırdı. Oğlumun sağ olduğuna inanmırdım. Bilirdim ki, başına iş gəlib. 3 il ərzində hər gün Elnurun telefonuna zəng vururdum. Çox vaxt telefona zəng çatmırdı. Yenə də zəng vurdum. Bir nəfər telefonu götürdü. Dedim mənə oğlum Elnur lazımdır. Dedi ki, bu, Elnurun nömrəsi deyil. Guya həmin adam 4-5 il öncə həmin nömrəni alıb. Yalan danışırdı. Ona yalvardım ki, görüşək, Elnurun yerini desin. Həmin şəxs telefonu söndürdü. Daha sonra polisdən zəng gəldi. Bildirdilər ki, həmin nömrəyə bir də zəng vurmayım, yoxsa bütün iş məhv olacaq. Məlum oldu ki, polislər Elnurun qatillərini tapıb, həbs ediblər”.



Anasının dediyinə görə, Elnurun heç vaxt ailədə problemi olmayıb: “Oğlum haqda yalan məlumatlar yayırlar. Guya o, yaxşı qadınla münasibətdə olub, narkoman olub. Bunlar hamısı yalandır. Elnur heç vaxt narkotik maddə istifadə etməyib. Cinayəti ört-basdır etmək üçün belə söz-söhbətlər yayırlar. Telekanallar da oğlumun ölümündən şou kimi istifadə edirlər”.



S. Hümmətova cinayətin gizlədilməsində müğənni Aygün Bəylərin adının hallandırılmasına münasibət bildirib: “Oğlum itkin düşdüyü gündən Aygün bizə yardım edib. Onun köməkliyi lə efirə çıxmışam. Məncə, Aygünün bu işdən xəbəri olmayıb. Aygün dəfn günü gəlmək istəyirdi, amma biz razı olmadıq. İnanmıram ki Aygün Elnurun qətlini gizlədib. Qardaşı Abbasın qatil olduğunu bildiyi gün ondan imtina edib. Deyib ki, Abbası heç vaxt müdafiə etməyəcək.

Elnurun qətlini Aygünün bacısı Aynurə bilib, amma qardaşını qorumaq üçün bunu hər kəsdən gizlədib. Aynurə həmişə Abbasın cinayətlərini gizlədib. O, bizimlə mülk davası etdiyi üçün balamın ölümünə sevinib. O, bizi ata yurdundan çıxarmaq istəyirdi”.



Daha sonra E. Hümmətovun qətlinə görə həbs edilən Abbas Hümmətovun evinə yollandıq. Aygün Bəylərin bacısı Aynurə Hümmətova haqqında səslənən ittihamları qəbul etmədiyini, cinayətdə hər hansı rolunun olmadığını deyib.

“Bu, böyük dərddir. Elnurun anasına baş sağlığı veririk. Həqiqətən də dəhşətli hadisədir. Biz dövlətimizə inanırıq. İstintaq zamanı cinayətin bütün sirləri üzə çıxacaq, təqsiri olanlar cəzalandırılacaq.Mənim bu hadisədən qətiyyən xəbərim olmayıb. Əgər bunu qardaşım Abbas törədibsə, layiqli cəzasını alacaq. Elnur da, Abbas da bizə doğmadır. Enurun ailəsi ilə də heç vaxt mülk davası aparmamışam. Şükür Allaha ikimərtəbəli evim var. Onların evində gözüm yoxdur. Bizimlə onlar arasında heç vaxt düşmənçilik ola bilməz. Çünki biz qohumuq, bir yerdə böyümüşük. Haqq öz yerini tapacaq. Allah Elnura Rəhmət eləsin”.



“Bizim heç nədən xəbərimiz omayıb. Mətbuatda bizi cinayətkar kimi təqdim edirlər. Kim nə yazır, öz işidir. Biz heç bir yazıya fikir vermirik. Hadisə törədilibsə, demək cinayətkarlar öz cəzalarını alacaqlar”.

Ailə üzvləri müğənni Aygün Bəylərin ölkədən qaçması haqda məlumatların yalnış olduğunu bildiriblər. Onların sözlərinə görə, A.Bəylər hazırda Bakı şəhərindədir.







Hafiz Əhmədov
Foto- Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti