Ötən il 477 yeniyetmə cinayət törədib
Məlumatda qeyd edilib ki, cinayət törətmiş şəxslərdən 180 nəfəri (onlardan 15 nəfəri 16-17 yaş arası, 91 nəfəri 18-24 yaş arası, 74 nəfəri isə 25-29 yaş arası olanlardır) qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 171 nəfəri (onlardan 5 nəfəri 14-15, 25 nəfəri 16-17, 92 nəfəri 18-24, 49 nəfəri isə 25-29 yaş arası olanlardır) qəsdən sağlamlığa ağır zərər vurma, 1364 nəfəri (onlardan 14-15 yaş arası olanlar 82 nəfər, 16-17 yaş arası olanlar 151 nəfər, 18-24 yaş arası olanlar 677 nəfər, 25-29 yaş arası olanlar isə 454 nəfərdir) oğurluğa görə məhkum edilib.
Həmçinin 14-29 yaş arası gənclərdən xuliqanlığa görə 504 nəfər, narkotik vasitələrlə bağlı cinayətlərə görə 572 nəfər, yol hərəkətinin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 701 nəfər məhkum edilib.
Gənclərin cinayətləri nəticəsində 231 nəfər həyatını itirib ki, bunlardan 1 nəfəri 14-15 yaş arasında olan yeniyetmələrin, 6 nəfəri 17-18 yaş arası olan yeniyetmələrin, 115 nəfəri 18-24 yaş arasında olan gənclərin, 109 nəfəri isə 25-29 yaş arası gənclərin cinayətləri nəticəsində ölüb.
Aytən Zəhra
AzVision.az
Teqlər: