Bakıda 24 yaşlı qız intihar edib

Bakıda 24 yaşlı qız intihar edib
  02 Sentyabr 2016    Oxunub:3195
Paytaxtda intihar hadisəsi baş verib.
Binəqədi rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, hadisə rayonun Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Orada yaşayan, 1992-ci il təvəllüdlü Zülfiyyə Rəfael qızı Əsədova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti