Masallıda 6 otaqlı ev yanıb

Masallıda 6 otaqlı ev yanıb
  03 Sentyabr 2016    Oxunub:1130
Masallıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Ətcələr kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağının yanar konstruksiyaları və ev əşyaları 65 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti