FHN 3 nəfəri xilas edib

FHN 3 nəfəri xilas edib
  03 Sentyabr 2016    Oxunub:2058
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Laza kəndində 3 nəfərin “VAZ” markalı avtomobillə lilə bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri “VAZ” markalı avtomobili lildən çıxarıb və vətəndaşları xilas edərək təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər.

Əməliyyat saat 21:50-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti