Şimşək çaxacaq, yağış yağacaq

Şimşək çaxacaq, yağış yağacaq
  03 Sentyabr 2016    Oxunub:1316
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-21, gündüz 25-28 dərəcə isti, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz bəzi rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti