Qubada 20 kəndlə əlaqə kəsilib
Nəticədə rayonun 20-yə yaxın yaşayış məntəqəsi ilə rabitə əlaqəsi kəsilib. Qonaqkənd-Söhüb, Küpçal-Qəçrəş, Zərqova-Çiçi, Xınalıq istiqamətindəki kəndlərdə fəaliyyət göstərən ATS-lər daha çox ziyan görüb.
Selin fəsadları nəticəsində Xınalıq kəndi ilə rabitə əlaqəsi tamamilə kəsilib. Dəniz səviyyəsində 2300 metr hündürlükdə yerləşən yaşayış məntəqəsində hazırda mobil operatorların xidmətlərindən belə yararlanmaq mümkün deyil.
Quba Telekommunikasiya Qovşağının əməkdaşları fəsadların aradan qaldırılması üçün fəaliyyətə başlayıb. Artıq Zərqova-Çiçi istiqamətində rabitə əlaqəsi bərpa olunub.
AzVision.az
Teqlər: