Gəncədə toy qana bulandı - Ürəyindən bıçaqladılar

Gəncədə toy qana bulandı - Ürəyindən bıçaqladılar
  03 Sentyabr 2016    Oxunub:3637
Gəncə sakini toyda bıçaqlanıb.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Təbriz küçəsində yerləşən şənlik evində baş verib.

Gəncə sakini 29 yaşlı Ramal İsgəndərov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Həkimlərin müayinəsi zamanı Ramal İsgəndərovda döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş deşilmiş yarası aşkar olunub və yaralı dərhal əməliyyat olunub.

İlkin məlumata görə, zərəçəkmiş toy mərasimində yaranan mübahisə zəminində bıçaqlanıb.

Etibar Abbasov - həkim: “Xəstə təcili əməliyyata götürülüb, ağ ciyər və ürəyin yaralanması aşkarlanıb. Yaralar tikilib, qanaxma dayandırılıb, xəstənin hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti keçirilən əməliyyata uyğun olaraq ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti