Xınalıqda xilas edilən turist: `Hələ də inana bilmirəm` (VİDEO)

Xınalıqda xilas edilən turist: `Hələ də inana bilmirəm` (VİDEO)
  03 Sentyabr 2016    Oxunub:15263
Qubanın Xınalıq kəndinə gələn turist dağlıq ərazidə qalıb.
AzVision.az RTV-yə (Region TV) istinadən xəbər verir ki, Rusiya vətəndaşı 38 yaşlı Svetlana Kuliniç Xınalığa sentyabrın 1-i gəlib.

Şimal bölgəsinə yağan leysan yağış nəticəsində Xınalıq kəndinə gələn yolu sel apardığından turistin geri qayıtması mümkünsüz olub. Hadisə ilə bağlı Quba Turizm İnformasiya Mərkəzinə və digər müvafiq təşkilatlara müraciətdən sonra əcnəbi turistin dağlıq yaşayış məntəqəsindən çıxarılması üçün əraziyə helikopter cəlb olunub.

Bakıya yola salınan turist bildirib: "Bir gün qalmağı planlaşdırırdım. Gecə dəhşətli yağış yağdı. Səhər məlum oldu ki, körpü dağılıb və qayıtmaq mümkün deyil. Düzünü desəm bir turistə bu qədər diqqət ayrılacağını gözləmirdim. Baş verənlərə hələ də inana bilmirəm"



AzVision.az


Teqlər:





Xəbər lenti