Bakıda ağır qəza, 2 nəfər öldü

Bakıda ağır qəza, 2 nəfər öldü
  04 Sentyabr 2016    Oxunub:1856
Bakı şəhəri, Suraxanı rayonunda "Qazel" markalı yük avtomobili "Kamaz" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Qazel" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:51-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti