Şəkidə 6 otaqlı ev yanıb

Şəkidə 6 otaqlı ev yanıb
  04 Sentyabr 2016    Oxunub:1767
Bu gün Şəki şəhərində bir dam altında tikilimiş iki ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 96 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 48 m² sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 140 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.​

Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti