Bakıda dəhşətli qəza: Toyuna 2 həftə qalmış öldü

S.Rzayev bu gecə atasının idarə etdiyi "QazEL"in "KamAZ"a çırpılması nəticəsində atası Pirican Rzayev və xalası oğlu, həm də yeznəsi olan Elşad Qəhrəmanovla birgə vəfat edib. Onlar bu gün dəfn edilib.
***
Bakı şəhəri, Suraxanı rayonunda “Qazel” markalı yük avtomobili “Kamaz” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq “Qazel” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 04:51-də başa çatıb.
AzVision.az
Teqlər: