Şəkidə leysan fəsadlara yol açdı – Video

Şəhərin digər küçələrindəki arxlarda da vəziyyət eynidir. Təsəlli tapmalı bir məqam var, o da Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşlarının sular çəkilən kimi məişət tullantılarını yığmaq üçün səfərbər olmasıdır.
Hər kəs baş verənlərdən narahat, gördüklərindən şikayət edir. Halbuki məişət tullantıları hara gəldi atılmasa, nəzarət bir az da gücləndirilsə bu qədər ürəkbulandırıcı mənzərə olmaz. Nəzərə alsaq ki, qarşıdan payız, yağışlı günlər gəlir. Yenə də gec deyil. (Region TV)
AzVision.az