Şamaxıda leysan, kəndlə əlaqə kəsildi - Video

Şamaxıda leysan, kəndlə əlaqə kəsildi - Video
  07 Sentyabr 2016    Oxunub:2397
Ötən gün axşam saatlarında Şamaxıya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib.
AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, rayonun Dəmirçi kəndinin ərazisindən keçən Pirsaat çayında, suyun səviyyəsi artıb, nəticədə su öz məcrasından çıxıb kəndi rayon mərkəzi ilə biləşdirən yolu bağlayıb.

Sel kənddə bir neçə işıq dirəyini aşırıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsində problem yaranıb. Yollarda torpaq sürüşmələri baş verib. Hazırda selin vurdugu zərərin araşdırılması istiqamətində işlər görülür.



AzVision.az


Teqlər:  





Xəbər lenti