Saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı
Əmək müqaviləsi bağlamadan işçiləri işə cəlb etdiyinə görə vergi ödəyicisi barəsində müvafiq akt tərtib edilib və “qara mühasibatlıq” sənədləri götürülüb.
Araşdırma zamanı Elməddin Abdullayevin vergi ödəyicisi kimi 09.12.2013-cü il tarixdə qeydiyyatdan keçdiyi, lakin fəaliyyət göstərdiyi istehsal sexini təsərrüfat subyekti kimi qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.
Vergilər Nazirliyi xəbərdarlıq edir ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcək.
AzVision.az