İsmayıllını dolu vurdu - Fotolar+Video
Bu barədə AzVision.az-a rayon sakinləri məlumat verib.
Sakinlərin bildirdiyinə görə, günorta saatlarında başlayan və küləklə müşayiət olunan dolu ağacları aşırıb, onların meyvələrini məhv edib, tərəvəz bitkilərini yararsız hala salıb. Evlərin dam örtükləri zədələnib, pəncərələrin şüşələri və polietilen örtüklər sıradan çıxıb.
İsmayıllı şəhərinin bəzi küçələrini və kəndləri sel basıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Məlumata görə, hazırda güclü şimşəklə müşayiət olunan leysan yağışı davam edir.
Kənan Məmmədov
AzVision.az