Oğlunun toyuna hazırlaşırdı, qəzada öldü - Video

Oğlunun toyuna hazırlaşırdı, qəzada öldü - Video
  07 Sentyabr 2016    Oxunub:5427
Gəncə şəhərində təşkil olunan toy mərasimindən qayıdan ailə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci kilometrliyində qəzaya düşüb.
AzVision.az EL TV-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini Məmməd Məmmədovun idarə etdiyi “NİSSAN” markalı minik maşını hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomaşın aşıb. Qəza zamanı avtomobildə olan sürücünün həyat yoldaşı Elmira Məmmədova və sürücünün bacısı hadisə yerindəcə dünyalarını dəyişiblər. Minik maşınında olan digər iki nəfər isə bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 20-də Bakıda Məmməd və Elmira Məmmədovların oğlunun toy mərasimi olacaqdı.



AzVision.az


Teqlər:





Xəbər lenti